BiG.AZ-ın lenta.ru-ya istinadən verdiyi xəbərə görə, "Millhouse" investisiya şirkətinin və "Çelsi" futbol klubunun sahibinin üç təyyarəsi var: "Boeing 737-700", "Boeing 767-300" və "Boeing 767-33A ER". Onların təxmini dəyəri 400 milyon funt sterlinqdir.
Oliqarx sonuncusunu lap çox sevir. "Boeing 767-33A ER" təyyarəsinin hətta "bandit" ləqəbi də var.
Abramoviç 2004-cü ildə aldığı "bandit"i dünyanın ən lüks özəl təyyarələrindən birinə çevirib.
Burada böyük bir yataq otağı, mətbəx, ofis və 30 nəfərlik ziyafət otağı var. Daxili dizaynda bahalı taxta və parçalar, eləcə də qiymətli metallardan istifadə olunub.
Bundan əlavə, təyyarədə ABŞ prezidenti Donald Trampı daşıyan xüsusi təyyarədəki təhlükəsizlik sistemi quraşdırılıb. Bu sistem Abramoviçə 1,5 milyon funt sterlinqə başa gəlib. "Bandit"in ümumi dəyəri isə 250 milyon funt sterlinqdir.
"Çelsi" sahibi təyyarəni Londonun Stansted hava limanında saxlayır.