Rusiyada prezident seçkiləri: Putin 71,97 faiz səslə liderdir YENİLƏNİB

OXUNUB: 838 index-manşet DÜNYA

Seçici səslərinin 21,33 faizinin hesablanmasına əsasən Rusiyanın hazırkı dövlət başçısı Vladimir Putin prezident seçkilərində 71,97 faiz səs toplayıb.

BNEWS.az TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə Rusiyanın Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Kommunist Partiyasından Pavel Qrudinin 15,9 faiz, Liberal Demokrat Partiyasından Vladimir Jirinovski 6,96 faiz, "Vətəndaş təşəbbüsü" Partiyasından telejurnalist Kseniya Sobçak 1,39 faiz, "Yabloko" Partiyasının qurucusu Qriqori Yavlinski ilə 0,77 faiz, Rusiya Ümumxalq İttifaqı Partiyasından Sergey Baburin 0,62 faiz, "Rusiya Kommunistləri" Partiyasından Maksim Suraykin 0,61 faiz, biznes ombudsmanı Boris Titov 0,59 faiz səs toplayıb.

X X X

22:18

Rusiyada keçirilən prezident seçkilərində exit pollun nəticələri açıqlanıb.

BNEWS.az TASS agentliyinə istinadla xəbər verir ki, "İctimai Rəy Fondu”nun apardığı exit-polla görə, hazırkı prezident Vladimir Putin 77 faiz, Kommunist Partiyasından Pavel Qrudinin 11,8 faiz, Liberal Demokrat Partiyasından Vladimir Jirinovski 5,9 faiz səs toplayıblar. Sonrakı yerlədə isə "Vətəndaş təşəbbüsü" Partiyasından telejurnalist Kseniya Sobçak, "Yabloko" Partiyasının qurucusu Qriqori Yavlinski, biznes ombudsmanı Boris Titov, Rusiya Ümumxalq İttifaqı Partiyasından Sergey Baburin, "Rusiya Kommunistləri" Partiyasından Maksim Suraykin gəlir.

RƏYLƏR