Amerikalı səfir: “Əsəd üstümə qışqırdı ki...”

OXUNUB: 1595 index-manşet DÜNYA SİYASƏT

ABŞ-ın Suriyadakı səfiri Robert Ford prezident Donald Trampın PYD (kürd silahlı birləşməsi) təşkilatına silah verməsini axmaqlıq adlandırıb.


Səfir bu addımın ilk vaxtlarda nəticə verə biləcəyini, uzunmüddət üçün ağır fəsadları olacağını qeyd edib.


O, Suriya prezidenti Bəşər Əsədlə görüşündə nələr yaşandığına da toxunub: "Əsəd üstümə qışqırdı ki, insan haqları mövzusunda mənə dərs keçəcək sonuncu ölkə Amerika ola bilər. Dürüst olaq, açığı, Əsədin bu müharibədən canlı çıxacağını gözləmirdim.

 

 

"Ərəb baharı” başlayanda Misirdəki hadisələrin Suriyada təkrarlanacağını düşünürdük. Amma vətəndaş müharibəsi başladı. Səhvlərimizdən biri bu idi ki, İran və Rusiyanın Əsədə bu qədər əsgər göndərəcəyini hesablamadıq.

 

 

Bundan başqa, Obama Əsədin hakimiyyətdən getməsini istəyəndə onu fikrindən daşındırmalı idim. Çünki Amerika Suriyaya döyüşməyə əsgər göndərməyəcəkdi”./bakupost

 

İCMAL.az

 



RƏYLƏR