Rüstəmov özünü oğurladıb arvadından pul tələb etdi - VİDEO

OXUNUB: 963 HADİSƏ

Rusiyada Emin Rüstəmov adlı şəxs həyat yoldaşından pul tələb etmək üçün özünü oğurladıb. 

"Baza” "Telegram” kanalının məlumatına əsasən, E.Rüstəmovun həyat yoldaşı, şirkətlərdən birinin məhkəmə departamentinin əməkdaşı olan Anastasiya Rüstəmova mayın 17-də məsələ ilə bağlı polisə müraciət edib.

O bildirib ki, ərinə görə ondan külli miqdarda pul tələb edilir. Qadının sözlərinə görə, əgər o, 520 min rubl (13 700 AZN - red.) pulu tapmasa, ərinin cinsi orqanını kəsəcəklər. Cinayətkar Qafqaz ləhcəsində danışırmış.

Yanacaqdoldurma məntəqəsində pulun cinayətkarlara verilməsi prosesində polislər də iştirak edib və müəyyənləşib ki, E.Rüstəmov külli miqdarda borcu olub və bu addımı atıb. O da məlum olub ki, A.Rüstəmova mərc oyunlarında iştirak etmək üçün ərinə pul verməkdən imtina etmişdi.

Bildirilib ki, E.Rüstəmovun Moskvadakı, demək olar, bütün bukmeyker kontorlarına borcu olub. 

Polis əməkdaşları oğru ilə onun "qurbanını” tutublar. 

 

İcmal.Az

RƏYLƏR