"Qusar rayon sakinlərinin səbri tükənmək üzrədir. Odur ki, aidiyyəti qurumlar tez bir zamanda məsələyə müdaxilə etməli, yaranmış problemin həlli istiqamətində ciddi işlər görməlidirlər".
Şair Alxasovun nüfuzlu məmurlardan birinin adından istifadə edərək, uzun illərdən bəri torpaq, bağ sahibi olan əhalini müxtəlif üsullarla malik olduqları torpaq sahələrindən imtina etməyə vadar etdiyini deyən mənbə iddia edir ki, kimini həmin nüfuzlu məmurun adından istifadə etməklə qorxudaraq, kimini isə çox ucuz qiymətə bağ yerini satmağa məcbur edərək böyük bir kampaniya aparan icra başçısı və onun yaxın adamları artıq onlarla bağ sahəsini, geniş əraziyə malik torpaqları ələ keçiriblər: "Nəhayətdə, bütün bu faktlar başçının yola salınması ideyasının müzakirəsini labüd edib".
Vertikal.Az-a danışan mənbə iddia edir ki, sakinlər hətta hüquq-mühafizə orqanlarının Qusarda da əməliyyat keçirməsi üçün dövlət başçısına müraciət də ünvanlayıblar.
Qarşı tərəfin də münasibətini yaymağa hazırıq.