Şəkili YAP deputatının London məcəraları - CAVANŞİR FEYZİYEV ÖLKƏNİ NECƏ TALAYIR?

OXUNUB: 3440 GÜNDƏM Özəl HADİSƏ
Talamağa vətən, yeyib-dağıtmağa qürbət yaxşı

Milli Məclisdə düz on il Şəki əhalisinin deputatı kimi kreslonu zəbt etmiş, 10 ildir deputat maaşı alan Cavanşir Feyziyev sən demə, Londonda yaşayırmış. Özü də ailəlikcə. Seçkidən seçkiyə gəlib mandatını alırmış, maaşını da kartla Londondan çıxarırmış. Bu necə deputatlıqdı deyə bilərsiniz. Bu, belə deputatlıqdı. Bir növ ənamdı. Kiminsə adamı olduğun üçün dövlətin imkamlarından rahat şəkildə yararlanmaqdı. İndi bu Feyziyev jurnalist Xədicə İsmayılı London məhkəməsinə verib. Həmən qaşlarınızı çatıb "London niyə, nə olub gül kimi Şəki məhkəməsinə” düşünə bilərsiniz. Amma elə çox düşünməyin. Cavanşir müəllim ailəsilə Londonda malikanədə yaşayır.

O, əziyyət çəkib Azərbaycana gəlmək istəmir. Buna görə, indi jurnslist getməlidir onun ayağına. Jurnalisti də hökumət ölkədən buraxmır. O da ölkədən çıxış qadağasını götürtmək üçün Binəqədi rayon Məhkəməsinə müraciət edib.  Binəqədi məhkəməsi jurnalist Xədicə İsmayılovanın ölkədən çıxışına qadağanın müvəqqəti götürülməsi ilə bağlı müraciətinə baxışı isə yanvarın 16-dək təxirə salıb. Jurnalist hakimin diqqətinə çatdırıb ki, Milli Məclisin deputatı Cavanşir Feyziyev Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalistika Layihəsi (Organized Crime and Corruption Reporting Project – OCCRP) "Azərbaycanın pulyuyan maşını” çərçivəsində araşdırmaları ilə bağlı London Məhkəməsinə şikayət edib. X.İsmayılova həmin məhkəmədə şahid qismində ifadə vermək üçün dəvət edilib. "Cavanşir Feyziyev Azərbaycan vətəndaşıdır və Milli Məclisin deputatıdır. Amma o, Azərbaycan məhkəmələrinə deyil, London məhkəməsinə müraciət edib. Mənə göndərilən məhkəmə səndələrində göstərilir ki, Feyziyev Londonda məhkəməyə müraciət etməsini özünün və ailə üzvlərinin orada yaşaması ilə əsaslandırıb. Elə isə o, deputatlıq səlahiyyətlərini necə həyata keçirir?” jurnalist sual edib. Jurnalistin sualına hələ cavab verilməyib. 
Biz düşündük ki, bəlkə Cavanşir Feyziyev anqlosaksan xalqları üzrə araşdırmaçıdır deyə Londonda yaşayır. Amma vikipediyada o, türkoloq kimi təqdim olunur.

Çox qəribə vəhdətdir: Şəkidən deputat "seçil”, Bakıdan maaş al, türkçülükdən yaz, Londonda yaşa. Heç rəhmətlik şəkili Hacı dayının da ağlına bu gəlməzdi ki, Feyziyev bunu reallaşdırıb. 

Time TV

RƏYLƏR