Şəmkirdə kütləvi dava olub.
Hadisə Gəncə-Şəmkir avtomobil yolunda fəaliyyət göstərən kafelərdən birində qeydə alınıb.
Bir neçə nəfərin iştirakı ilə baş verən davada iki nəfər rayon sakini, 1986-cı il təvəllüdlü Toğrul Vəliyev və 1980-ci il təvəllüdlü İntiqam Rəhimov bıçaq xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Onlara tibbi yardım göstərilib. Vəziyyətləri kafi qiymətləndirilir.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır./apa
İcmal.Az