Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir. Növbəti belə tədbir AQTA əməkdaşları tərəfindən Şəmkir rayonunda keçirilib. Agentlikdən bildirilib ki, monitorinq zamanı Şəmkir rayonu Çinarlı qəsəbəsində yol kənarında Göygöl rayon sakini Məmmədov Azər Cümşüd oğlunun baytarlıq-sanitariya ekspertizasından keçməyən, baytarlıq-sanitariya tələblərinə cavab verməyən təxmini çəkisi 58 kq mənşəyi məlum olmayan ət və ət məhsullarının satışını həyata keçirdiyi məlum olub. İstehlaka yararsız ətin satışının qarşısı alınıb. Ətdən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müayinələrin nəticəsinə əsasən ətin köhnəliyi və ölmüş heyvan əti olduğu, eyni zamanda baktereoloji çirklənməyə məruz qaldığı təsdiqlənib.
Ana səhifə
/
GÜNDƏM / AZƏRBAYCAN / HADİSƏ / Şəmkirdə mənşəyi məlum olmayan ət satışının qarşısı alınıb (FOTO)
RƏYLƏR
DİGƏR XƏBƏRLƏR
-
-
Bakıda azyaşlılara işgəncə verilməsi faktı ilə bağlı cinayət işi başlanıb - RƏSMİ
10.12.2019, 12:22 / GÜNDƏM, AZƏRBAYCAN, HADİSƏ, SOSİAL -
Elina Hacıyevanın ölümü ilə bağlı apelyasiya şikayəti üzrə məhkəmənin vaxtı məlum olub
10.12.2019, 12:19 / GÜNDƏM, AZƏRBAYCAN, HADİSƏ -
"EuroHome”da baş verən yanğın zamanı avtomobillərə ziyan dəyib - FOTO
10.12.2019, 12:13 / GÜNDƏM, AZƏRBAYCAN, HADİSƏ -
Abşeronda top mərmisi aşkarlanıb (FOTO)
31.10.2019, 10:40 / GÜNDƏM, AZƏRBAYCAN, HADİSƏ -
Bakıda qanunsuz süd məhsulları sexinin fəaliyyəti məhdudlaşdırılıb (FOTO)
24.10.2019, 17:04 / GÜNDƏM, AZƏRBAYCAN, HADİSƏ -
DSX: Axtarışda olan şəxslər və narkotik alverçiləri saxlanılıb
19.10.2019, 10:53 / GÜNDƏM, AZƏRBAYCAN, HADİSƏ -
Elina Hacıyevanın hüquqi varisinin nümayəndələri direktora ağır cəza verilməsini istəyiblər - MƏHKƏMƏ
18.10.2019, 13:29 / GÜNDƏM, AZƏRBAYCAN, HADİSƏ, SOSİAL