Səudiyyə Ərəbistanı kralının qardaşı vəfat edib

OXUNUB: 1195 DÜNYA HADİSƏ

Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz Əl-Səudun böyük qardaşı Əbdürrəhman ibn Əbdüləziz Əl-Saud 86 yaşında vəfat edib.

İcmal.Az-ın Trend-ə istinadən məlumatına görə, bu haqda "Anadolu” agentliyi xəbər verib.

Qeyd edək ki, Əbdürrəhman ibn Əbdüləziz Əl-Saud keçmiş kral Abdullah bin Əbdüləziz əl-Səudun 7 oğlundan biridir. O, 1983-2011-ci illərdə Səudiyyə Ərəbistanında müdafiə və aviasiya nazirinin müavini olub.

 

İcmal.Az

RƏYLƏR