Seymur Orucov: “Prezident seçkilərinə hazırlıq işləri yüksək səviyyədə davam etdirilir ”

OXUNUB: 997 GÜNDƏM SİYASƏT

Aprelin 11-də ölkəmizdə prezident seçkilər keçiriləcək. Artıq bu gündən prezident seçkilərində namizədlərin irəli sürülmüş namizədlərin təbliğat-təşviqat kampaniyası başlanıb.

Məsələ ilə bağlı BNEWS.az-a açıqlama verən Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin sədri Seymur Orucov bildirib ki, fevralın 8-də Bakıda, Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının VI qurultayı keçirilib: "YAP-ın 700 mindən çox üzvünü təmsil edən nümayəndələrin iştirak etdikləri qurultayda Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyevin namizədliyini irəli sürüb. Hazırda 11 aprel 2018-ci il tarixdə Azərbaycanda keçiriləcək Prezident seçkilərinə hazırlıq işləri yüksək səviyyədə davam etdirilir. Belə ki, qanunvericiliyə əsasən martın 19-dan başlayaraq Prezident seçkilərinə namizədlikləri qeydə alınmış şəxslərin təbliğat-təşviqat kampaniyasına start verilib. Bununla bağlı Yeni Azərbaycan Partiyası tərəfindən xüsusi proqram hazırlanıb. Proqram uyğun olaraq konsertlərin keçirilməsi, şəkillərin vurulması planlaşdırılıbdır. Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi ilk öncə təbliğat-təşviqat kampaniyasına start verəcək. İlk tədbirimizi paytaxda keçirəcəyik. Təbliğat-təşviqat kampaniyasına daha sonra mərhələli şəkildə bölgələrdə də davam etdiriləcəkdir. Hazırda gənclərimiz şəkillərin yapışdırılmasında aktiv şəkildə iştirak edirlər”.

Seymur Orucovun sözlərinə görə, seçkiqabağı təbliğat-təşviqat kampaniyasının müddəti Novruz bayramı ilə eyni günlərə təsadüf etsə də, təbliğat-təşviqat hüququna malik hər kəs bu hüquqdan istifadə edə biləcək: "Təbliğat-təşviqat aparmaq hüququna malik olan istənilən subyekt martın 19-dan aprelin 10-u səhər saat 8:00-dək təbliğat-təşviqat aparmaq hüququna malikdir”.

Anar CƏFƏROV

BNEWS.az

RƏYLƏR