Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev kino xadimlərinin təltif edilməsi haqqında sərəncam imzalayıb.
İcmal.Az xəbər verir ki, fəxri ad alan kino xadimləri sırasında xalq artisti Ramiz Əzizbəyli də var.
"Prezident İlham Əliyevə məni "Şöhrət" ordeni ilə təltif etdiyi üçün minnətdaram. Bu fəxri ada layiq görüldüyümə görə çox sevincliyəm. Xüsusi ilə qeyd edim ki, ölkə başçısı Azərbaycan kinosuna və mədəniyyət xadimlərinə hər zaman diqqət göstərib. Prezident İlham Əliyev kinomuzun günü-gündən inkişaf etməsi üçün əlindən gələni əsirgəmir, öz dəstəyini göstərir".
İcmal.Az