İcmal.Az xəbər verir ki, Şəki Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, xəstəxananın reanimasiya şöbəsində müalicə alan rayonun Turan qəsəbə sakini, 1982-ci il təvəllüdlü Elçin Fikrət oğlu Məmmədov mayın 8-i axşam saat 22 radələrində ölüb.
Qeyd edək ki, 35 yaşlı Elçin Məmmədov mayın 8-i axşam saat 18 radələrində sirkə turşusundan zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub.
Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Elçin Məmmədovun sirkə turşusunu hansı səbəbdən içməsini araşdırmalardan sonra söyləmək mümkün olacaq.
Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.
İcmal.Az