Braziliyanın Para əyalətində körpü uçub.
7NEWS BBC-yə istinadən xəbər verir ki, körpünün 200 metrlik hissəsi uçaraq Moju çayına düşüb. Hadisə zamanı körpüdəki 2 maşın çaya düşüb, həmçinin çaydakı bərə də körpü dağıntısının altında qalaraq batıb. Bərədəki 5 nəfər xilas edilib. Avtomobillərdə neçə nəfərin olduğu və onların aqibəti barədə məlumat yoxdur. Axtarış-xilasetmə tədbirləri davam etdirilir.