Şura Katibliyinin əməkdaşı layihələrin uğurlu icrasından yazır

OXUNUB: 966 QHT
Azərbaycanda fəaliyyət göstərən ilk milli donor institutu, dövlətin QHT sektoru sahəsində siyasətini həyata keçirən başlıca qurum olan Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri - Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ötən 2016-cı ildə də dövlət və cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edən ictimai problemlərin həllinə istiqamətlənən layihələri maliyyələşdirib.
 
Azərbaycan Respublikasının Prezidentiyanında Qeyri-Hökumət Təşkilatlarına DövlətDəstəyi Şurasının2016-ci il 1-ci və 2-ci maliyyə yardımı müsabiqəsində "İctimai əhəmiyyət kəsb edən məsələlərlə bağlı aksiyaların keçirilməsi” istiqaməti üzrə layihələri dəstəkləyib. Bu layihələr multikulturalizm, dini radikalizm, yol hərəkəti qaydaları və vətənpərvərlik mövzularını əhatə edib. 
Bildiyimiz kimi cənab Prezident 2016-cı ilinAzərbaycan Respublikasında "Multikulturalizmili” elanetmişdir.Tarixi İpək yolunda yerləşənAzərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkanolaraq, əsrlər boyu milli-mədənirəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı ölkə kimi tanınmışdır. Ölkəmizdə multikulturalizmartıqalternativiolmayanhəyattərzinəçevrilmişdir.
Respublikamızda yaşayan bütün millətlərin nümayəndələri özlərini azad və hərtərəfli şəkildə ifadə edə bilirlər.Azsaylıxalqların hüquqları hər zaman qorunurvəonlara ana dilini, mədəniyyətini, dinini yaşatmaq üçün şərait yaradılıb.Ona görədə Azərbaycanədəbiyyatının, mədəniyyətinin, ictimaifikrininformalaşmasında, eləcədə ölkəmizin ərazibütövlüyününqorunmasındamilli, dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlar örnək ola biləcəksəviyyədə vətənpərvərlik nümayiş etdirirlər. 
Şuranınmultikulturalizmmövzusundamaliyyələşdirdiyi layihələrçərçivəsində 69 təlimvətədbirlərkeçirilib. "Birgə yaşayışın Azərbaycan modelinin təbliği”, "Müxtəlif mədəni və dini dünyagörüşünə malik qrupların vətəndaş cəmiyyətinə inteqrasiyası” və digər layihələr respublikamızın Quba, Qusar, Lerik, Qax, Balakən, Zaqatala və digər rayonlarında keçirilib.
Son zamanlar dünyanı, o cümlədən cəmiyyətimizi narahat edən məsələlərdən biridə dini radikalizmdir. Hər il minlərlə günahsız insan dünyanın müxtəlif ölkələrində amansız terrorun qurbanına çevrilir. Bu aktı həyata keçirənlərin əksəriyyəti radikal dini cərəyanların nümayəndələridir. Belə teror təşkilatlarından olan İŞİD-ə qoşulanlar arasında az sayda da olsa azərbaycanlıların, o cümlədən qadınların olduğunu təəssüflə qeyd edirik. Bu istiqamətdə aidiyyəti qurumlar müvafiq tədbirlər həyata keçirərək təhlükəsizliyin təmin olunması və vətəndaşlarımızın maarifləndirilməsi istiqamətində davamlı işlər görürlər. Dini radikalizmə və ekstremizmə qarşı mübarizə məqsədi ilə aparılan maarifləndirmə fəaliyyətində QHT-lər yaxından və effektiv şəkildə iştirak edirlər. Şurada 2016-cı ildə də dini radikalizmlə bağlı bir çox layihələri dəstəkləyib. Bu layihələr şərçivəsində "Yuxarı sinif şagirdləri arasında  "Dini radikallığa və ekstremizmə qarşı mübarizə" ilə bağlı maarifləndirmə işinin aparılması metodları”, "Gənclər dini radikallığa və ekstremizmə yox deyir”, "Region gənclərinin dini radikallıq və ekstremizmlə mübarizə sahəsində maarifləndirilməsi”, "Dini radikallığa və ekstremizmə qarşı effektiv mübarizə yollarının sosial şəbəkədə, elektron KİV-də müzakirəsi” adlı və digər çoxsaylı tədbirlər həyata keçirilib. 
Ötən il Şuranın maliyyə yardımı ilə həyata keçirilən, Katibliyin əməkdaşı olaraq bilavasitə məsul olduğum layihələr çərçivəsində  4 film çəkilib,  8 sayt, 7 sosial çarx çəkilib. Bu layihələr çərçivəsində 5 veriliş hazırlanaraq televiziyada yayımlanıb. Verilişlərdə media sahəsində təcrübəsi olan mütəxəssislər, tanınmış jurnalistlər iştirak edib.
Yeni dövrün çağırışlarına uyğun olaraq dövlət siyasətinin həyata keçirilməsində hər bir qurumun üzərinə mühüm yük düşür. Ölkəmizdə QHT-lərin hərtərəfli inkişaf etdirilməsi, onların yerli və beynəlxalq əməkdaşlıq imkanlarının artırılması, cəmiyyət üçün mühüm önəm kəsb edən təşəbbüslərinin dəstəklənməsi istiqamətində uğurla fəaliyyət göstərən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyinin əməkdaşları olaraq bizim də üzərimizə böyük məsuliyyət düşür. Biz də öz növbəmizdə üzərimizə düşən işi yüksək diqqət və peşəkarlıqla həyata keçirməyə çalışırıq. 
 
Vüsalə Süleymanova
Azərbaycan Respublikasının Prezidenti yanında
Qeyri-Hökumət Təşkilatlarına Dövlət
Dəstəyi Şurasının Katibliyinin məsləhətçisi 
 
 
İcmal.Az

RƏYLƏR