Suriya müzakirələrinin altıncı raundu başladı

OXUNUB: 1571 DÜNYA
Suriya müzakirələrinin altıncı raundu Cenevrədə start götürüb.


De Mistura hökumət nümayəndələri ilə görüşdükdən sonra müzakirələr açıq elan edilib. Bildirilir ki, Bəşər Cəfəri ilə görüşdən sonra BMT-nin Suriya üzrə xüsusi nümayəndəsinin müxaliflərlə də görüşü gözlənilir.

De Mistura danışıqların digər tərəfləri ilə də görüş keçirəcək. Cəfəri BMT binasına təşrif buyuranda jurnalistlərin suallarını cavablandırmayıb.

Bir müddət əvvəl rəsmi Dəməşq Cenevrə danışıqlarında irəliləyişin olmadığını bildirmişdi. Cenevrədə keçirilən sayca 6-cı müzakirələr 19-20 may tarixlərində yekunlaşacaq./olke.az
 
İcmal.Az

RƏYLƏR