Təbiətə 6500 manat ziyan vurulub

OXUNUB: 945 SOSİAL

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Lerik rayon Hamarmeşə kəndində ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən araşdırılıb.

ETSN-dən İcmal.Az-a verilən məlumata görə, araşdırma zamanı ağacların Lerik Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Vizəzəmin meşəbəyliyinin 13 saylı dolayında kəsildiyi aşkar edilib.

Meşə mühafizə işçiləri tərəfindən mühafizə tədbirlərinin qeyri-qənaətbəxş yerinə yetirilməsi səbəbindən köküstə yaş müxtəlif cinsli 75 ədəd ağacın kəsildiyi və təbiətə 6589 manat məbləğində ziyan dəydiyi məlum olub. Faktla bağlı akt tərtib edilib.

Meşə fonduna dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər məsələyə hüquqi qiymət verilməsi və təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlər görülməsi üçün Baş Prokurorluğa göndərilib.

İcmal.Az

RƏYLƏR