Türkiyədə yaşayan azərbaycanlı opera müğənnisi Muxtar Rəsuloğlu xərçəng xəstəliyindən vəfat edib.
Antalya Dövlət Opera və Balet Teatrının solisti olan bariton səsli sənətkar 59 yaşında Akdeniz Universiteti Xəstəxanasında dünyasını dəyişib.
2 ildir xərçəngdən müalicə olunan müğənni ötən ay əməliyyat olunub. Lakin həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. M.Rəsuloğlunun cənazəsi dəfn olunmaq üçün ailəsinin və yaxınlarının yaşadığı Azərbaycana göndəriləcək./big
İcmal.Az