Televiziyaların monitorinqi ölkədə cinsi azlıqların təqib olunması haqqında fikirləri alt-üst edə bilər - Açıqlama

OXUNUB: 1065 TƏHLİL

BMT-nin Cenevrədə keçirilən toplantısında Azərbaycanla bağlı qarayaxma və iftira kampaniyası aparılıb. 

7NEWS.az xeber.news-a istinadən bildirir ki, bir zamanlar mətbuatda adı heç də yaxşı hallanmayan, özünü aktivist kimi təqdim edərək Almaniyada mühacirət həyatı yaşayan? erməni lobbisi ilə əməkdaşlıq edən Cavid Nəbiyev (Atilla bəy Cavid) BMT-nin Cenevrədə keçirilən toplantısında Azərbaycanda azadlıqların təmin edilməməsi ilə bağlı həqiqəti əks etdirməyən məlumatlar səsləndirib. Əldə etdiyimiz məlumata görə erməni lobbisi ilə sıx əməkdaşlıq edən və onlardan müəyyən miqdarda qrant əldə edən Cavid Nəbiyev BMT-nin Cenevrədə keçirilən toplantısında Azərbaycanda söz, vicdan azadlıqlarının olmadığını, mətbuat azadlığının pozulduğunu, eləcə də seksual azadlıqların olmadığını bildirib. Onun sözlərinə görə isə Azərbaycanda yaşayan cinsi azlıqlar incidilir və xüsusilə də təzyiq və təqiblərə məruz qalır.

Eləcə də Cavid Nabiyev Almaniya, Niderland Krallığı, Isveç, Norveç, Avstriya və ABŞ-ın BMT-dəki daimi nümayəndəlikləri ilə görüşərək onlara həqiqəti əks etdirməyən məlumatlar təqdim edərək Azərbaycana təzyiqlər edilməsinin önəmli olduğunu bildirib. 

Məsələ ilə bağlı xeber.news-a danışan hüquq müdafiəçisi Yeganə Hacıyeva qeyd edib ki, Azərbaycan irqi, milli, dini və cinsi azlıqlara tolerant yanaşan bir ölkədir və BMT-nin Cenevrədəki toplantısında Azərbaycan əleyhinə səslənən fikirlər də bəzi Azərbaycan əleyhinə çalışan himayədar təşkilatların uğursuz cəhdləridir:

"Demokratiya cəmiyyətlərə ixrac olunmur, cəmiyyətlərin milli, mənəvi,  mental və məişət xüsusiyyətlərinin əsasında formalaşan bir prosesdir. Azərbaycan cəmiyyəti  tarixən   irqi, milli, dini və cinsi azlıqlara tolerant yanaşan,  diskriminasiyaya məruz qoymayan bir cəmiyyətdir.

Azərbaycan   özünü indi demokratiyanın beşiyi hesab edən bir çox ölkədən daha öncə demokratik quruluş qurmuş, qadına, milli, irqi və dini azlıqların hüququnu tanışmış , onlara səsvermə hüququ tanımışdır. 

Ölkəmizin müstəqilliyinin bərpasından sonra da bu demokratik adət-ənənələr davam etmiş və bu ölkədə heç kim milli, dini, cinsi, irqi diskriminasiyaya uğramamışdır. Bizim coğrafiyada Rusiyadan, Gürcüstandan, Ermənistandan fərqli olaraq Azərbaycandan Avropa İnsan Haqları Bürosuna və ya Məhkəməsinə hər hansı bir milli, dini diskriminasiya epizodu üzrə müraciət daxil olmamışdır. Bu özü yüksək demokratik təsisatların mövcudluğunun göstəricisidir.

Bu gün Azərbaycanda dövlət qeydiyyatından keçmiş 55 partiya var, cəmiyyətdə və parlamentdə  siyasi plüralizm və çox partiyalılıq mövcuddur , müxalifət partiyaları  və onların  uygun fəaliyyəti mövcuddur.  

Ölkədə ifadə azadlığı, sərbəst birləşmək azadlığı,  dinc toplaşmaq azadlığı,  bu sahədə Avropa Konvensiyası və ATƏT-in  Kopenhagen baza sənədində əksini tapmış  fundamental  azadlıqların təmin olunub.

Ölkədə Paris Prinsipləri, Azərbaycanın  konstitusiyası və milli qanunvericiliyin şərtlərinə sadiq olan  qht-lər sərbəst fəaliyyət göstərir.

Son illər bütün dünyada insan haqqları mövzusunun hökümətlərə və dövlətlərə qarşı təsir və təzyiq vasitəsi kimi istifadə olunması cəhdlərinin şahidi oluruq.

BMT də  Azərbaycan haqqında belə neqativ fikirlər söyləyən şəxs, onun səfərlərini təşkil edən  təşkilat və  donorlarının Azərbaycan əleyhinə sistemli  fəaliyyətində növbəti, uğursuz cəhdidir".

Yeganə Hacıyeva qeyd edib ki, ölkədəki televiziyaların monitorinqi cinsi azlıqların təqib olunması ilə bağlı səslənən bütün fikirləri alt-üst edə bilər:

"Azərbaycan televiziyasının qısa müddətli,  monitorinqi ölkədə cinsi azlıqların təqib olunması haqqında fikirləri alt-üst edə bilər. Əlbəttə Azərbaycan cəmiyyətində bütün digər cəmiyyətlərdə mövcud olduğu kimi,  milli - mənəvi xüsusiyyətlərə əsasən formalaşmış mental dəyərlər sistemi  mövcuddur. Cəmiyyətimizin mental dəyərlər  sistemdə cinslər haqqında oturuşmuş, ənənəvi təsəvvürlər mövcuddur və bir şəxsin cinsi azlıq olması, bir kişinin ərə getməsi ilə fəxr etməsi qəbul olunmayan bir haldır. Fikirimcə belə həyat tərzi olan, ərə gedən bir kişi eyibinə kor olmalı və bu haqda danışmamalıdır".

Qeyd edək ki, Azərbaycanda qeyri-qanuni əsaslarla fəaliyyət göstərən Nəfəs LGBT təşkilatının üzvləri müxtəlif ölkələrin səfirlikləri və rəsmiləri ilə görüşlər edərək Azərbaycana qarşıq arayaxma siyasətlərini davam etdirirlər. 


RƏYLƏR