Tərtər rayonunun Səhlabad kəndində bıçaqlanma hadisəsi baş verib.
İcmal.Az Report-a istinadən xəbər verir ki, 36 yaşlı kənd sakini Ramin İsmayılov sərxoş vəziyyətdə özünə bıçaq xəsarəti yetirib.
Döş qəfəsindən iki bıçaq yarası alan R.İsmayılov əvvəlcə Tərtər Rayon Mərkəzi Xəstəxanasına, oradan isə Bərdə Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Reanimasiya şöbəsində yatan xəstənin vəziyyəti orta-ağırdır.
Yaralının ruhi xəstəlikdən əziyyət çəkdiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.
İcmal.Az