Tovuz rayon sakini qardaşı oğlu tərəfindən bıçaqlanıb.
İcmal.Az Report-a istinadən xəbər verir ki, hadisə Tovuz şəhəri ərazisində qeydə alınıb.
Belə ki, Tovuz rayon sakini, 1954-cü il təvəllüdlü Abdullayev Həzi İmamqulu oğlu mübahisə zəminində qardaşı oğlu tərəfindən qarın nahiyəsindən bıçaqlanıb. Yaxınları tərəfindən xəstəxanaya yerləşdirilən yaralının vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.
İcmal.Az