Tramp dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisi postuna namizəd irəli sürüb

OXUNUB: 981 DÜNYA SİYASƏT

ABŞ prezidenti Donald Tramp dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisi postuna Uess Mitçelin namizədliyini irəli sürüb.

 

 Avropa Siyasətinin Təhlili Mərkəzinin (CEPE) həmtəsisçisi olan U.Mitçelin namizədliyi ABŞ Senatda nəzərdən keçiriləcək.

 

Qeyd edək ki, Barak Obama administrasiyasında dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisi vəzifəsində Viktoriya Nuland çalışıb. /apa

 

 

İcmal.Az

RƏYLƏR