ABŞ prezidenti Donald Tramp gözlənilməz qərar qəbul edərək Federal Təhqiqat Bürosunun direktoru Ceyms Komini istefaya göndərib.
"Qafqazinfo” xəbər verir ki, bu barədə Ağ Ev rəsmi məlumat yayıb. Məlumatda bildirilir ki, Tramp Komini baş prokuror və onun müavininin məsləhəti ilə işdən çıxarıb. O, vəzifəsinin öhdəsindən gəlməməkdə ittiham edilir.
Qeyd edək ki, Ceyms Komi Trampın seçkiqabağı təşviqat komandasının Rusiya hökuməti ilə ehtimal edilən əlaqələrinin araşdırılmasında aktiv iştirakçılardan olub.
Bundan başqa, mayın əvvəlində o, Rusiyanı ABŞ üçün mümkün ən böyük təhlükə adlandırmışdı. Tramp isə Komini prezident seçkilərində rəqibi Hillari Klintona yardım etməkdə ittiham etmişdi.