Türkiyənin Marmaris bölgəsində polisin oteldə keçirdiyi əməliyyat zamanı rus, gürcü və azərbaycanlı qadınlar da daxil olmaqla, ümumilikdə 5 nəfər saxlanılıb.
İcmal.Az virtualaz.org-a istinadən xəbər verir ki, Marmaris bölgəsinin təhlükəsizlik xidmətinə Kamal Elgin Bulvarındakı üç ulduzlu oteldə fahişəlik edilməsilə bağlı xəbər daxil olub. Ötən gün axşam saatlarında polis tərəfindən oteldə keçirilən əməliyyat zamanı fahişəlik etdikləri müəyyən olunan 38 yaşlı Gürcüstan vətəndaşı T.G, 34 yaşlı Rusiya vətəndaşı G.A. qadınlarla birlikdə olan 40 yaşlı A.Ç. və 45 yaşlı D.I. , fahişəliyə vasitəçilik edən "Nurdan" ləqəbli 46 yaşlı Azərbaycan əsilli N.R. saxlanılıb.
Şübhəlilərdən G.A. polisdə verdiyi ifadəsində azərbaycanlı qadının onu zorla fahişəliyə cəlb etdiyini iddia edib. Digər saxlanılan gürcü qadın T.G. isə turist gəzintisi üçün Marmarisə gəldiyini, könüllü olaraq kişilərlə birlikdə olduğunu söyləyib.
Qadınlarla birlikdə olan iki Türkiyə vətəndaşı olan kişilərin hər ikisinin evil olduğu ortaya çıxıb. İfadələri alınandan sonra onlara 250 lirə inzibati pul cəzası kəsilərək sərbəst buraxılıb. Fahişəlik etdiyi məlum olan əcnəbi qadınların öz ölkələrinə göndərilmələri üçün əməliyyatlara başlanılıb.
Fahişəliyə vasitəçilik etmək və zorla fahişəliyə məcbur etmək təqsiri ilə saxlanılan azərbaycanlı N.R. isə ona qarşı edilən ittihamları qəbul etməyib. Onun dindirilmək üçün prokurorluğa aparılacağı bildirilir.
İcmal.Az