Ukraynada müştərisini dəyənəklə döyən azərbaycanlıya hökm oxundu

OXUNUB: 110 HADİSƏ DÜNYA

Kiyev vilayətində müştərisini dəyənəklə döyərək öldürmüş azərbaycanlı kafe sahibi doqquz il müddətinə azadlıqdan məhrum edilib.

Bu barədə Kiyev vilayəti Prokurorluğunun mətbuat xidməti bəyanat yayıb.

Birinci instansiya məhkəməsi cinayətkarlardan birini 9doqquz il müddətinə azadlıqdan məhrum edib”, – deyə bəyanatda qeyd olunur.

Bəyanata görə,  təqsirləndirilən şəxs günahkar olduğunu bildirməyib və məhkəmənin qərarı ilə razılaşmayaraq, vəkilinin vasitəsilə qərardan apellyasiya şikayəti verib, bəraət haqqında yeni qərarın çıxarılmasını tələb edib.

Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarı dəyişməz saxlayıb, həmin şəxs doqquz ilini həbsxanada keçirməli olacaq.

Xatırladaq ki, 2016-cı ilin oktyabr ayında Ukraynanın Skvir şəhərində yerləşən iaşə obyektlərindən birində kafe sahibi ilə müştəri arasında mübahisə düşüb. Mübahisədən sonra içkili vəziyyətdə olan cinayət qurbanı kafe sahibinin maşınını zədələyib.

Daha sonra Ukraynada yaşamaq icazəsi olan Azərbaycan əsilli sahibkar onunla "hesablaşmağı” qərara alıb və qardaşı ilə birgə zərərçəkəni kafenin ayrıca bir otağına apararaq, ona sərt yumruq və təpik zərbələri, həmçinin taxta dəyənəklə çoxsaylı bədən xəsarətləri yetirib.

Bundan sonra kafe sahibi zərərçəkənin qardaşına zəng edərək, onu kafedən gəlib aparmasını tapşırıb. Zərərçəkən həmin gün aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

Mühakimə olunan qardaşın materiallarına isə ayrıca cinayət işi üzrə baxılır, belə ki, həmin şəxs hal-hazırda axtarışdadır./oxu

İcmal.Az

RƏYLƏR

{if AIN::getLib('request')->isMobile() } {/if}