Ukraynanın ədliyyə naziri Pavlo Petrenko iyunun 23-də Azərbaycana ilk dəfə rəsmi səfərə gələcək.
İcmal.Az-ın məlumatına görə, Azərbaycanın Ukraynadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində ukraynalı nazir azərbaycanlı həmkarı Fikrət Məmmədov və başqa rəsmi şəxslərlə görüşəcək.
Görüşlərdə ikitərəfli münasibətlər və onların inkişaf perspektivləri, ölkələrimiz arasında, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın möhkəmləndirilməsi və genişləndirilməsi məsələləri müzakirə ediləcək.
Səfər iyunun 25-də başa çatacaq.
Qeyd edək ki, P.Petrenko 2014-cü ildən Ukraynanın ədliyyə naziridir.
İcmal.Az