“Urmiya gölünün qurudulması” ilə bağlı ictimai müzakirə keçirilib

OXUNUB: 956 Özəl SOSİAL
30 noyabr tarixində "Urmiya gölünün qurudulması” ilə bağlı ictimai müzakirə keçirilib. 
Keçirilən müzakirədə "Güney Azərbaycan Demokratik Türk Birliyi” (GADTB) təşkilatının sədri Əjdər Tağızadə, türkoloq, filologiya elmləri doktoru, professor Firudin Cəlilov, Güney Azərbaycanlı ekspertlər - Səttar Sevgin, Məmməd Azər, Babək Azəroğlu, Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları və media nümayəndələri iştirak ediblər. 
 Tədbiri açılış nitqi ilə başlayan "Beynəlxalq hüquq sahəsində maarifləndirmə və tədqiqatlar" ictimai birliyinin sədri Səftər Rəhimli bildirib ki, bu gün təşkil edilən "Urmiya gölünün qurudulması” ilə bağlı ictimai müzakirə olduqca aktual məsələdir. İran hakimiyyəti Güney Azərbaycana münasibətdə ayrı-seçkiliyə yol verir. Bəşəriyyət üçün təhlükə olan bu problem barəsində xeyli sənəd imzalansa da, qərarlar yalnız kağız üzərində qalmaqdadır. Ətraf ərazilərdə yaşayan, əksəriyyəti azərbaycanlılardan ibarət olan əhalinin ürək ağrısı ilə dilə gətirdiyi Urmiya gölü İranın ən böyük vilayətlərindən olan Qərbi və Şərqi Azərbaycan arasında yerləşir. S.Rəhimli qeyd edib ki, dünyanın ən duzlu üçüncü gölü olan və daha çox soydaşlarımızın məskunlaşdığı bölgələrdə ekoloji böhranın dərinləşməsinin qarşısını alan Urmiya gölünün quruması prosesinin hələ də davam etməsi bizdə də ciddi narahatlıq yaradır.
Daha sonra çıxış edənlər "Güney Azərbaycan Demokratik Türk Birliyi” (GADTB) təşkilatının sədri Əjdər Tağızadə, türkoloq, filologiya elmləri doktoru, professor Firudin Cəlilov, Güney Azərbaycanlı ekspertlər - Səttar Sevgin, Məmməd Azər, Babək Azəroğlu bildiriblər ki, məsələ ilə bağlı İran ərazisində, eləcə də ölkədən kənarda, həmçinin Bakı şəhərində İran səfirliyinin qarşısında müxtəlif qurumlar tərəfindən dəfələrlə etiraz aksiyaları keçirilsə də, İran hökuməti indiyədək ciddi tədbir görməyib: "Əksinə, rəsmi Tehran tərəfindən bu prosesə İran ərazisində və İrandan kənarda etiraz edənlər siyasi və fiziki təqiblərə məruz qalır, həbs edilir, fəalların gözünün qorxudulması üçün müxtəlif işgəncələr tətbiq olunur.” 
Çıxış edən qeyri-hökumət təşkilatlarının sədrləri bildiriblər ki, İran hakimiyyəti Cənubi Azərbaycanın yeraltı və yerüstü sərvətlərini istismar edərək farsdilli sayılan əyalətlərin abadlaşmasına və inkişafına xərcləyir. İran hakimiyyətinin yürütdüyü plansız və Güney Azərbaycanın təbiətinə laqeyd münasibətin nəticəsində Urmiya gölü də quruyur. Biz, qeyri-hökumət təşkilatları olaraq "Azərbaycanın ictimai-siyasi təşkilatlarını, vətəndaş cəmiyyəti institutlarını, medianı bu məsələdə aktiv olmağa, soydaşlarımıza qarşı İran hökumətini məcburetmə siyasətindən daşındırmaq üçün imkanlarını səfərbər etməyə çağırırıq.” 
Daha sonra ictimai müzakirə qarşılıqlı diskussiya  şəkilində davam edib və təkliflər səsləndirilib.
 
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.

RƏYLƏR