Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xızı rayonu, Şurabad qəsəbəsində dənizdə 1 nəfərin batması barədə məlumat daxil olub.
İcmal.Az FHN-nin saytına istinadən xəbər verir ki, dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşın axtarışına başlanılıb.
Əlavə məlumat veriləcək.
İcmal.Az