Xırdalanda yeniyetmə və gənclər üçün maarifləndirici təlim keçirilib

OXUNUB: 1024 QHT

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına  Dövlət Dəstəyi Şurasının maliyyədəstəyi ilə  "Gənclərin Mədəni İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən "Yeniyetmə və gənclər arasında sağlam həyat  tərzi və zərərli vərdişlərlə mübarizə” piarının təşkili adlı layihənin icrasını davam etdirir. 

Layihənin məqsədi gəncləri sağlam həyata dəvət və cəlb etmək, onları zərərli vərdişlərdən uzaqlaşdırmaq, sağlamlıqlarını qorumaqdır. 

Layihə çərçivəsində Abşeron rayonunun Xırdalan şəhərində yeniyetmə və gənclərin iştirakı ilə növbəti maarifləndirici təlim keçirilib. Təlimdə ilk öncəlayihə rəhbəri Cavid Əliyev çıxış edərək layihənin məqsədi, keçirilmə səbəbi, nəzərdə tutulmuş məlumatlar barədəiştirakçılara ətraflı məlumat verib. 

Daha sonra Abşeron rayon Gənclər və İdman İdarəsininəməkdaşı Emil Quliyev çıxış edərək rayon rəhbərliyi adından iştirakçıları salamlamış və rayonda bu sahədə görülmüş işlər barədə ətraflı məlumat verərək təlimin iştirakçılarına uğurlar arzulayıb. Rəsmilərin çıxışları yekunlaşdıqdan sonra təlimçi Vüsalə Xəlilova tərəfindən gənclərə sağlam həyat tərzi, zərərli vərdişlər mövzusunda təlim keçirilib. Təlim yekunlaşdıqdan sonra layihədən daha çox şəxsin faydalanması üçün Abşeron rayonunun Xırdalan şəhərindəümumilli lider HeydəƏliyevin adını daşıyan parkda gənclər arasında layihə çərçivəsində hazırlanmış bukletlər paylanıb.




RƏYLƏR