Fevralın 24-də "Xocalıya Ədalət" Beynəlxalq Kampaniyası çərçivəsində Azərbaycan Velosiped İdmanı Federasiyası, Respublika Olimpiya Velosiped Məktəbi və Respublika Velotrekinin kollektivi və idmançıları faciə qurbanlarının xatirəsinə ucaldılmış "Xocalı” abidəsini ziyarət edib. Abidənin önünə tər qərənfillər düzülüb və faciə qurbanlarının xatirəsi ehtiramla yad edilib. Ziayarət zamanı idmançılara baş vermiş faicə haqqında geniş məlumat verilib. Qeyd olunub ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri, Azərbaycanın Dağlıq Qarabağ ərazisindəki erməni silahlı dəstələri, keçmiş SSRİ-nin Xankəndində yerləşən 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin bilavasitə iştirakı ilə Xocalı soyqırımını həyata keçirdi. Bu qətliam XX əsrin bəşəriyyətə qarşı törədilmiş ən dəhşətli faciələrindən biridir. Soydaşlarımıza qarşı misli görünməmiş qəddarlıqla törədilən Xocalı soyqırımı zamanı 613 nəfər öldürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. O cümlədən 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirilib. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsinə tuş gəlib yaralananlardan 76-sı uşaq idi. Faciə baş verən gecə 1275 dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi isə hələ də məlum deyil. Allah rəhmət eləsin!
RƏYLƏR
DİGƏR XƏBƏRLƏR
-
-
Nəsimi rayonunda narkomaniya ilə mübarizə mövzusunda növbəti maarifləndirici tədbir keçirilib
18.05.2024, 14:26 / Özəl, SOSİAL -
Nəsimi rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam edir
18.05.2024, 13:57 / Özəl, SOSİAL -
-
"City Garden Narimanov"da alternativ enerjidən istifadə ediləcək" - Mahayət Nəbiyev
17.05.2024, 18:27 / Özəl, SOSİAL, İQTİSADİYYAT -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib
17.05.2024, 17:01 / Özəl, SOSİAL -
Naxçıvan “ASAN xidmət”ə 1 il ərzində 422 mindən çox müraciət
17.05.2024, 10:48 / Özəl, SOSİAL -
Qərbi Azərbaycana qayıdış Daşkənddə müzakirə olinacaq - Türk Dünyası Sammiti başlayır
17.05.2024, 10:45 / GÜNDƏM, Özəl, SOSİAL