39 saylı Kəpəz birinci (Gəncə) seçki dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi Müşfiq Cəfərov təbliğat təşviqat kompaniyasında yeni bir səhifə açdı. Son illərdə könüllülük prinsiplərinin ölkə səviyyəsində geniş vüsət alması və Prezident İlham Əliyevin Azərbaycan Respublikasında 2020-ci ilin "Könüllülər ili” elan edilməsi haqqında sərəncam imzalamasının bu sahəyə dövlət marağının bariz nümunəsidir. Məhz bunu əsas tutaraq 39 saylı Kəpəz birinci (Gəncə) seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyasının namizədi Müşfiq Cəfərov təbliğat-təşviqat işlərinə gənc könüllülərlə start verdi. Artıq neçə ildir ki, cəmiyyətimizin, əl-əxsus da gənclərimizin rifahının daha da yaxşılaşdırılmasını qarşıya məqsəd qoymuş namizəd Müşfiq Cəfərov seçki kompaniyasının gənc könüllülərlə birgə daha aktiv şəkildə təbliğ olunmasına inanır. Təbliğat-təşviqat dövründə könüllülər sonadək gənc namizəd Müşfiq Cəfərova tam dəstək verəcəklərini söylədilər və dairə üzrə hər bir məntəqəyə aid olan ərazidə təbliğat-təşviqat materiallarını paylamağı, o cümlədən namizəd haqqında seçicilərə ətraflı məlumat verməklərini və namizədlə seçicilərin görüşlərini təşkil olunmasında yaxından iştirak edəcəklərini söylədilər. Görüşüm rəsmi hissəsi başa çatdıqdan sonra könüllülər namizədlə xatirə şəkli çəkdirdilər və şəhər gəzintisi edərək, çay süfrəsi arxasında səmimi söhbətlərini davam etdirdilər.
Ana səhifə
/
GÜNDƏM / YAP-ın namizədi Müşfiq Cəfərov “Könüllər İlində” seçki kompaniyasına könüllülərlə start verdi – FOTO+VİDEO
RƏYLƏR
DİGƏR XƏBƏRLƏR
-
-
100 QHT üçün “İqlim Dəyişmələri və COP” mövzusunda təlim keçirilir
13.05.2024, 16:27 / GÜNDƏM, Özəl, SİYASƏT -
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz.
13.05.2024, 12:24 / GÜNDƏM, Özəl, İQTİSADİYYAT -
Beynəlxalq qonaqlar “ASAN xidmət”də
13.05.2024, 11:43 / GÜNDƏM, Özəl, SOSİAL -
"Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin xilaskarı, müasir müstəqil Azərbaycanın banisidir" adlı tədbir keçirilib
07.05.2024, 13:44 / GÜNDƏM, Özəl, SOSİAL -
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
06.05.2024, 16:08 / GÜNDƏM, Özəl, İQTİSADİYYAT -
“Təpənə dəysin sənin mitinqin!” — Deputatdan AXCP sədrinə güllə kimi sözlər...
23.04.2024, 21:25 / GÜNDƏM, SİYASƏT -
"Gültəkin və ona bənzərlər gec də olsa reallığı qulaqlarında sırğa etməlidirlər" - TƏNQİD
23.04.2024, 15:06 / GÜNDƏM, SİYASƏT