YAP Yasamal rayon təşkilatının təsis edilməsinin 29-cu ildönümü münasibətilə tədbir keçirilib

OXUNUB: 833 SOSİAL
Tədbirdən öncə YAP Yasamal rayon təşkilatının rəhbərliyi, Yasamal Rayon İcra Hakimiyyəti rəhbərliyi, YAP Mərkəzi Aparatın nümayəndələri, Milli Məclisin deputatları, YAP Yasamal rayon təşkilatının ərazi partiya təşkilatının üzvləri və fəalları Fəxri Xiyabana gedərək Yeni Azərbaycan Partiyasının qurucusu Ulu Öndər Heydər Əliyevin,  YAP Yasamal Yasamal rayon təşkilatının təsisçisi, ilk sədri, 91-lərin nümayəndəsi Fikrət İsmayılovun məzarını ziyarət edib, əziz xatirələrini yad ediblər.

Tədbirdə ilk öncə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, sonra müasir, müstəqil Azərbaycan dövlətinin banisi Ümummilli Lider Heydər Əliyevin, YAP Yasamal rayon təşkilatının təsisçisi, ilk sədri, 91-lərin nümayəndəsi Fikrət İsmayılovun və Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Giriş sözü ilə çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev iştirakçıları salamlayıb və qeyd edib ki, Yeni Azərbaycan Partiyası öz yaranışı ilə Azərbaycanın ictimai-siyasi fikir, siyasi fəaliyyət və mübarizələr tarixinə yeni bir keyfiyyət halı gətirdi. 
Müstəqilliyin ilk illərinin ictimai-siyasi proseslərinə, ümumi mənzərəsinə nəzər saldıqda görürük ki, Azərbaycan xalqı və dövləti üçün taleyüklü məsələlərin həlli məhz lider amili, onun qətiyyəti və uğurlu siyasəti, xalq-lider birliyi sayəsində mümkün olmuşdur. YAP-nın siyasi zərurətdən və ictimai tələb əsasında yaranmış partiya olduğunu bildirən Bəxtiyar Nəbiyev qeyd edib ki, bu gün cənab prezident, partiyamızın sədri cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz müasir, möhtəşəm tarixini yaşayır.

Sonra YAP Yasamal rayon təşkilatının 29 illik fəaliyyətini özündə əks etdirən qısametrajlı videorolik nümayiş olunub.

Çıxış edən Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının təşkilat şöbəsinin müdir müavini Rafael Gülməmmədov bildirib ki, YAP Yasamal rayon təşkilatı fəxrlə rayon təşkilatları içərisində öz yerini layiqli şəkildə təmsil edir. Rafael Gülməmmədov YAP Yasamal rayon təşkilatının təsis edilməsinin 29-cu ildönümü münasibətilə bütün partiya üzvlərini təbrik edib, Heydər Əliyev yolu naminə fəaliyyətlərində uğurlar arzulayıb.

Çıxış edən Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, partiyamızın "qızıl fondu” olan "91-lər”in nümayəndəsi Şahlar Əsgərov bildirb ki, təsadüfi deyil ki, Yeni Azərbaycan Partiyası təsis ediləndən təxminən yarım il sonra partiyanın yaradıcısı və Sədri Heydər Əliyev xalqın istəyi, təkidli tələbi ilə hakimiyyətə qayıtdı, bununla da Azərbaycan böhrandan xilas olmaq imkanı qazandı. Azərbaycan tarixinin yeni mərhələsi başlandı. Bu gün prezident İlham Əliyevin rəhbərliyi ilə YAP iqtidarı Azərbaycanı dünyada ən uğurlu gənc dövlətə çevirir.

Sonra çıxış edən  Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev söyləyib ki, YAP yarandığı gündən ilk növbədə, böhran, qeyri-sabitlik cilovlandı, genişmiqyaslı və hərtərəfli islahatlar nəticəsində böyük bir inkişaf strategiyasına start verildi. Bu inkişaf strategiyası nəticəsində mühüm nəticələr əldə olundu. Ulu öndər Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanda çox ciddi iqtisadi, sosial inkişaf baş verdi, ölkəmizin siması bütövlükdə yeniləndi.

Azərbaycan Republikası Milli Məclisin deputatı Ramil Həsən çıxışında bildirib ki,  dəyərli və qiymətli müəllimlərimin, Bakı Dövlət Universitetində vaxtı ilə təhsil aldığım illərdə və bu gündə çox böyük hörmət etdiyim, hər zaman mənə dəstək verən insanların qarşısında çıxış edirəm bu mənim üçün böyük fəxrdir. Əlbəttə ki, Bakı Dövlət Universiteti mənim üçün əziz bir ali təhsil ocağıdır, çünki Tarix fakültəsi mənim üçün qiymətlidir, mən oranı bitirmişəm və daha sonra Beynəlxalq münasibətlər fakültəsində təhsilimi başa vurmuşam və bir müddət orda Müasir Azərbaycan və xarici siyasətindən dərsdə demişəm (2008-2013). Mən 1999-cu ildə də Yasamal rayonunun, ilk partiyanın qurultayına Ulu öndər Heydər Əliyevin dövründə ən gənc Yeni Azərbaycan Partiyası Siyasi şurasının üzvü kimi 21 yaşında seçilmişəm. Bu mənim üçün hər zaman böyük fəxr olmuşdur. Biz məhz Partiyamızın sayəsində bu nöqtələrə gəlib çatdıq. 1995-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüyəm və bununla fəxr edirəm. Sözün əsl mənasında dağılmaq təhlükəsi ilə qarşı-qarşıya qalan, torpaqlarının 20 faizini itirən və tarımar olmuş bir ölkəni Yeni Azərbaycan Partiyasının qurucusu, Ümummilli lider Heydər Əliyev  sabitlik və inkişafla doğru qürurla irəliləyən bir dövlətə çevirdi. Şübhəsiz ki, bizim üçün böyük qürur hissidir ki, 1995-ci ildə mən partiyaya üzv olan da işgal edilmiş əraziləri olan bir dövlətin vətəndaşı idimsə, bu gün mən fəxr hissi ilə deyə bilərəm ki, bizlər artıq torpaqları düşmən tapdağından azad edilmiş, tarixi torpaqları olan Zəngəzur və digər tale yüklü məsələlər ilə bağlı dövlət başçısının vermiş olduğu iradəli və güclü mesajlara qulaq asan
Нет описания.
Нет описания.
Нет описания.

RƏYLƏR