Yayın ən həmrəy düşərgəsi: “SAY: Solidarity”

OXUNUB: 1103 QHT

Yayın ən böyük layihələrindən biri olan "SAY: Solidarity” layihəsi başlayıb. 

İCMAL.az xəbər verir ki, açılış mərasimində Azərbaycan Respublikasının dövlət himni səsləndikdən sonra dövlət rəsmiləri-  "İRƏLİ” İctimai Birliyinin sədri MirHəsən Seyidov, Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev çıxış edib. Çıxış edən İslam Rzayev seçilən gəncləri Balakən rayonunda görməkdən şad olduğunu vurğulayıb. Gənclərin Balakənə gətirilməsi fikrini irəli sürən MirHəsən Seyidova təşəkkürünü bildirib. İslam Həmrəyliyi ilində gənclərin həmrəy olaraq birləşəcəyi layihənin uğurlu alınacağını, gənclərin belə layihələrdə iştirakının vacibliyini vurğulayıb və uğurlar arzulayıb.
 
Çıxış edən "İrəli” İctimai Birliyinin sədri MirHəsən Seyidov hər zaman dövlət siyasətini dəstəklədiklərini qeyd edib. Təşkilat olaraq hər il Gənclər paytaxtı seçilən regionda böyük layihələr həyata keçirərək gənclər arasında əlaqələrin genişlənməsindən və bunun gələcəkdə verəcəyi müsbət nəticələrdən danışıb. İnformasiya müharibəsində də bu kimi layihələrin müsbət cəhətlərini vurğulayıb. 

Bundan öncə "SAY: Könüllülük akademiyası”, "SAY: Green”, "SAY: Multikulturalizm” və "SAY: Volfest” layihələri baş tutub. 

Layihə Gənclər və İdman Nazirliyinin dəstəyi və "İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə, Azərsun Holdinq, Səmti Müəyyənetmə Federasiyasının təşkilati dəstəyi ilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən 2017-ci il üçün seçilmiş gənclər paytaxtı olan Balakən rayonunda, 30 iyun tarixindən etibarən keçirilir. 

 



RƏYLƏR