100 min dollar borcu var - Dubayda istirahət edir

OXUNUB: 640 ŞOU-BİZNES

Aktrisa Lindsi Lohan haqda maraqlı fakt ortaya çıxıb.

 Lindsinin hökümətə 100 min dollar dəyərində vergi borcu var.

Bildirilir ki, aktrisa 2010, 2014 və 2015-ci illərdə Los-Ancelesdə vergi ödəməyib. 

Bu barədə danışan Lohan məsələdən xəbərsiz olduğunu deyib və prodüserini günahlandırıb.

Qeyd edək ki, işi məhkəməlik olan Lindsi hazırda Dubayda istirahət edir. Tətildən fotosunu İnstaqram səhifəsində paylaşan aktrisa altında "Mənə burada çox rahatdır. Özümü burada xoşbəxt hiss edirəm” qeydini yazıb.

Xatırladaq ki, Lohandan əvvəl aktyor Coni Depp də vergi borcuna görə məhkəməyə verilib. /axşam

İcmal.Az

RƏYLƏR