1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi

OXUNUB: 664 İQTİSADİYYAT
"Agro-Vest Retail" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) barəsində cərimə protokolu tərtib edilib. 

Protokol Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.4-cü (Əmək qanunvericiliyinin pozulması, işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə) maddəsi ilə yazılıb.

Qanuni təmsilçisi Şahin Haqverdiyev Mehdi oğlu olan "Agro-Vest Retail" MMC dövlət qurumunun qərarından Sabunçu Rayon Məhkəməsinə şikayət verib. İşə hakim Günel Məmmədovanın sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, bu xətaya görə vəzifəli şəxslər 700 manatdan 1500 manatadək məbləğdə cərimə edilirlər.

Xatıradaq ki, ötən ay "Agro-Vest Retail" MMC 1300-1500 manata işçisi axtarması ilə bağlı sosial şəbəkələrdə elan yerləşdirmişdi. 

RƏYLƏR