Xəstəxananın tualetində dünyaya gətirdiyi uşağı öldürən qadının həbsdən buraxılması Türkiyəni bir-birinə qatıb.
Türkiyənin Zonquldak adlanan bölgəsinin Çaycuma rayonunda yaşayan 19 yaşlı A.Aygün Çaycuma Dövlət Xəstəxanasının təcili yardım şöbəsinin tualetində doğuş edib. Nikahdan kənar hamilə qalan gənc qadın uşağı həkimlərdən xəbərsiz dünyaya gətirib, sonra hadisə yerindən uzaqlaşmaq istəyib.
Lakin həmin an tualetə daxil olan tibb bacısı qadının vəziyyətini və yerdə ölü körpə görərək bu barədə polisə xəbər verib. Hadisə yerinə gələn polis əməkdaşları 19 yaşlı A.Aygün və anası A.Sibeli həbs edib.
Məhkəmədə verdiyi ifadədə, xəstəxanaya birlikdə getdikləri atasından qorxduğu üçün hamilə olduğunu söyləmədiyini, anasının köməyilə tualetdə doğuş etdiyini deyib:
"Kəbinsiz, nikahsız hamilə qaldım. Atamdan çox qorxurdum. Bu uşağı saxlaya bilməzdim".
Məhkəmə Aygünün həbssiz mühakimə edilmək üzrə sərbəst buraxılmasına qərar verib./publika
İcmal.Az