2 yaşlı uşaq anasını məşhur etdi - VİDEO - FOTO

OXUNUB: 641 MARAQLI

2 yaşlı Cud indi sosial şəbəkələrin qəhrəmanıdır. Üstəlik o, anası Karli Qreyi də məşhurlaşdırıb.

 Kanadanın Nyu Braunsvik ştatındakı Frederikton şəhərində yaşayan Karli Qrey gənc anadır. O, yoqa ilə məşğul olmağı, məşqlərinin bəzilərinin foto və videolarını da İnstagram ilə Facebook-dakı profillərində paylaşmağı sevir.

Belə məşqlərdən birində Karli smartfonu döşəməyə qoyub və başı üstə durduğu anların videosunu çəkməyə hazırlaşıb.

Karli əlləri üzərində olarkən 2 yaşlı Cud qəflətən kameranın qarşısında irəliyə və geriyə iməkləməyə başlayıb. Sonda da Cud smartfonu aşırıb.

Psixologiya fakultəsinin tələbəsi olan Karli videonu paylaşaraq "Oğlumla məşqim" yazıb.

Video sosial şəbəkələrdə sürətlə yayılıb və yoqa tutqunu ana ilə 2 yaşlı oğlu məşhurlaşıblar./milli

İcmal.Az

RƏYLƏR