İranda hərbi təyyarə qəzaya uğradı

OXUNUB: 570 DÜNYA

İran Hərbi Hava Qüvvələrinə məxsus yüngünmotorlu təyyarə Tehran yaxınlığında qəzaya uğrayıb. 

İcmal.Az xəbər verir ki, məlumatı İran ordusunun mətbuat xidməti yayıb. 

Məlumatlara görə, İsfahandan Tehrana uçan təyyarə Xomeyni beynəlxalq aeroportu yaxınlığında yerə çırpılıb. 

Hadisə zamanı təyyarədə olan iki ekipaj üzvü həlak olub. 

Qeyd edilib ki, təyyarə yaşayış ərazisindən kənara düşüb. Qəzanın texniki nasazlıq səbəbindən baş verdiyi bildirilib. 

İcmal.Az

RƏYLƏR