Gənclər təşkilatı regionlarda qanvermə aksiyalarına start verib

OXUNUB: 129 QHT
Gənclər üçün Təhsil Mərkəzi Şirvan şəhərində irsi qan xəstəliklərindən əziyyət çəkən uşaqları qanla təmin etmək üçün könüllü qanvermə aksiyasına başlayıb.

Qanvermə aksiyasından yığılan qan tədarükünün hemofiliyalı və talassemiyalı xəstələrin qan ehtiyaclarını ödəmək üçün yaranan qan çatışmazlığının qismən aradan qaldırılmasına yönəldilməsi nəzərdə tutulub.

Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə bildirib ki, koronavirus pandemiyası zamanı qan xəstəliyindən əziyyət çəkən xəstələr üçün qanvermə aksiyaları əsasən Bakı şəhərində həyata keçirilib, regionlarda o qədər də ürəkaçan səviyyədə olmayıb: "Bu da regionlarda qana ehtiyacı xəstələrimizin tələbatının ödənilməsində müəyyən çətinliklər yaradıb. Bu baxımdan hazırda regionlarda bu aksiyaya start vermişik. Düşünürük ki, bu aksiyanı təşviq etmək zəruridir”.

Qeyd edək ki, bu gün Şirvan şəhərində təşkil olunan qanvermə aksiyasında müxtəlif yaş kateqoriyasından olan 80 nəfərdən çox donor iştirak edib.
 

 
 

RƏYLƏR