Yelo Bank-dan fərdi sahibkarlara növbəti dəstək

OXUNUB: 2242 Özəl İQTİSADİYYAT BANK

Yelo Bank növbəti dəfə sosial layihələrə xüsusi diqqət yetirərək, Özünüməşğulluq Proqramı çərçivəsində daha 4 vətəndaşı fərdi sahibkarlıqla məşğul olmaq üçün lazım olan avadanlıqlarla təmin edib.

Un məmulatları istehsalı, qida, avtotəmizləmə və avtoeletrik sahələri üzrə sahibkarlıq arzusuna çatmaq istəyən vətəndaşlara Bank öz dəstəyini göstərib.

Vətən müharibəsinin qazisi, öz avtoyuma məntəqəsini açmaq arzusunda olan Vəliyev Ramil, "fast food” satışı ilə məşğul olmaq istəyən Vətən müharibəsinin qazisi Eyvazov Ramin və avtoelektrik xidmətləri göstərmək istəyən İsmayılov İsmayılı da Yelo Bank lazımi avadanlıqlarla təmin etdi.

Dəstək verilən digər vətəndaş isə şəhid anası Mustafayeva Arifədir. O çoxdandır un məmulatları istehsalı biznesini qurmaq arzulayırdı.

Qeyd edək ki, Özünüməşğulluq Proqramı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında imzalanan Memoranduma əsasən həyata keçirilir. Sosial proqramın şərtlərinə uyğun olaraq fərdi sahibkarlıqla məşğul olmaq istəyən və həssas qruplara aid olan vətəndaşlarımız istehsal və ya xidmət avadanlığı ilə təmin olunur. Məqsəd həmin şəxslərin kiçik ailə bizneslərini qurmaqlarına və yaxud mövcud bizneslərini inkişaf etdirmələrinə dəstək olmaqdır.

Yelo Bank bu tip sosial layihələrin reallaşdırılmasının əhəmiyyətini anlayır və hər zaman sosial proqramlara xüsusi diqqət göstərir. Bank özünüməşğulluq proqramına ilk qoşulanlardan olmaqla yanaşı bu layihənin həyata keçirilməsinə dəstək olmağa davam edəcək.

Xatırladaq ki, İndi sahibkarlar Yelo App-dən tamamilə onlayn şəkildə öz biznes hesablarını pulsuz aça, istədiyi vaxt və istədiyi yerdə idarə edə, istədiyi məbləğdə biznes krediti sifariş edə bilərlər.


Əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya FacebookInstagram və ya Whatsapp hesablarına yazın!

Yelo Bank – Parlaq bankçılıq!


RƏYLƏR