2023-cü ilin büdcəsinə dəyişikliklərdən sonra hansı xərclər artırılacaq? - TƏHLİL

OXUNUB: 300 Özəl İQTİSADİYYAT
"İqtisadi Şuranın sonuncu iclasında 2023-cü ilin dövlət büdcəsinə yenidən baxılması (dürüstləşmə) məsələsi müzakirə olunub." Bu sözləri 7NEWS.az-a açıqlamasında millət vəkili Vüqar Bayramov deyib: "Bununla bağlı Azərbaycan Prezidenti cənab İlham Əliyev hökumətə tapşırıqlar verib. Belə ki, bu ilin birinci rübü üzrə dövlət büdcəsi gəlirlərinin proqnozdan artıq icra olunması 2023-cü ilin dövlət büdcəsinə yendən baxılmasına zəmin yaradıb.
Qeyd edək ki, 2023-cü il dövlət büdcəsinin gəlirləri 30.7 milyard, xərcləri 33.3 milyard manatdır. Mövcud büdcə sənədinə əsasən, 2023-cü ildə dövlət büdcəsindən əmək haqqı və pensiya ödənişləri daxil olmaqla 15.2 milyard manat sosial sferaya yönəldiləcək. Bu ümumi büdcə xərclərinin 45.6 faizi deməkdir.
Büdcəyə ediləcək dəyişikliklərdən sonra büdcənin gəlir və xərclərində artımların olacağı gözlənilir. Hələlik dürüstləşmə ilə bağlı konkret layihə ictimaiyyətə təqdim edilmədiyi üçün hansı istiqamətlər üzrə daha çox vəsaitin ayrılacağını indidən söyləmək mümkün olmasa da bu zaman milli prioritetlərin nəzərə alınacağı istisna deyil. Belə ki, sosial təminatın daha gücləndirilməsi, işğaldan azad olunmuş ərazilərə böyük qayıdışın sürətləndirilməsi, dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyatın müdafiəsi prioritetliyini qoruyub saxlamaqdadır."

RƏYLƏR