“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

OXUNUB: 540 Özəl İQTİSADİYYAT
Həftənin ən önəmli hadisələri
ABŞ-dan, Avrozonadan və Yaponiyadan gələn inflyasiya məlumatları önümüzdəki
həftə boyunca ön planda olacaq.
ABŞ inflyasiya məlumatları
FED-in üstünlük verdiyi inflyasiya göstəricisi olan Şəxsi İstehlak Xərcləri (PCE)
Qiymət İndeksi cümə günü açıqlanacaq və ilin qalan hissəsi üçün faiz dərəcələrinin
istiqaməti ilə bağlı ipucları üçün yaxından izləniləcək.
Keçən həftə FED protokollarından sonra bazarlar daha uzun müddət ərzində daha
yüksək faiz dərəcələri ilə bağlı söhbətlərə boyun əyməyə başladı, mərkəzi bank
rəsmiləri isə inflyasiyanın həqiqətən də etibarlı eniş trayektoriyasında
olub-olmadığına dair şübhələrini ifadə edən ehtiyatlı bəyanatlar verdilər.
İnvestorlar həftə ərzində FED-in qubernatorları Mişel Bouman və Lisa Kuk, Klivlend
FED-in sədri Loretta Mester, Nyu-York FED-in sədri Con Uilyams və Atlanta FED-in
sədri Rafael Bostic də daxil olmaqla bir çox bank rəsmisini dinləmək imkanı əldə
edəcəklər.
İqtisadi təqvim həmçinin cümə axşamı günü birinci rüb üzrə ABŞ iqtisadiyyatı üçün
yenidən işlənmiş ÜDM məlumatlarını və çərşənbə günü FED-in "Bej Kitab”
hesabatını ehtiva edir.
EUR
Avropa Mərkəzi Bankı (AMB) iyun ayında keçirdiyi iclasda faiz dərəcələrini rekord
səviyyədə olan 4%-dən aşağı salacağına söz vermişdi. Bu səbəbdən də bu həftənin
cümə günü Avrozonada açıqlanacaq İstehlak Qiymətləri İndeksi (CPİ) və İstehlak
Qiymətlərinin Baza İndeksi göstəriciləri böyük maraq doğurur. Həmçinin, çərşənbə
axşamı günü Almaniyada da CPİ nəticələri dərc olunacaq.
İqtisadçılar may ayında Avrozonada inflyasiyanın apreldə olan 2.4%-dən hər il
2.5%-ə qədər artacağını, baza inflyasiyanın isə 2.7% səviyyəsində sabit qalacağını
ehtimal edirlər.
Lakin, analitiklər hesab edirlər ki, bu, çətin ki, ECB-ni iyun ayında faiz endirimindən
çəkindirsin. Bəzi ECB rəsmiləri isə monetar siyasətin erkən yumşaldılmasına ehtiyac
olmadığını iddia edirlər.

Böyük Britaniyadan iqtisadi rəqəmlər
Bu həftə invvestorlar cümə axşamı günü İngiltərə Mərkəzi Bankının sədri Endryu
Beylinin çıxışında bankın pul-kredit siyasətinin gələcəyinə dair ipucları arayacaqlar.
Ötən həftəyə 1.27$ səviyyəsində başlayan GBPUSD məzənnəsi həftə ərzində
1.2760 səviyyəsinə qədər bahalaşsa da, burada müqavimətlə qaşılaşaraq bir qədər
ucuzlaşmış və həftəlik şamını 1.2730 səviyyəsində tamamladı.
"Buğarlar” qiyməti 1.27$ səviyyəsinin üzərində qoruyub saxlaya bilsələr, artım
tendensiyası 1.29$-a kimi davam edə bilər.
Yaponiyada iqtisadi göstəricilər
Bazarlar Yaponiya Mərkəzi Bankının (BoJ) növbəti faiz artımının nə vaxt baş verə
biləcəyini ölçməyə çalışarkən cümə günü açıqlanacaq Tokyo inflyasiya məlumatları
yaxından izləniləcək.
İnflyasiya rəqəmləri BoJ-un növbəti iclasından iki həftə əvvəl gələcək və analitiklər
mərkəzi bankın bu ildə ikinci dəfə faiz dərəcələrini artıra biləcəyini düşünürlər.
NEFT
Cümə günü neft qiymətləri təxminən 1% bahalaşdı. Lakin, güclü ABŞ iqtisadi
məlumatlarının faiz dərəcələrini daha uzun müddət yüksək saxlayacağı və yanacağa
tələbi azaldacağına dair narahatlıqlar səbəbindən həftəlik şamını enişlə tamamladı.
"Brent” nefti həftəni 2.1% enişlə ilə başa vurdu. Keçən həftə, 2 yanvardan bəri ən
uzun itki seriyasını yaşayaraq, ardıcıl dörd sessiya ucuzlaşdı. ”WTI” nefti isə həftəlik
müqayisədə 2.8% ucuzlaşıb.
İqtisadçılar hesab edirlər ki, yüksək faiz dərəcələri borclanma xərclərini artıra, iqtisadi
aktivliyi ləngidə və neftə tələbi azalda bilər.
"Morgan Stanley” analitikləri daha geniş perspektivdə neft tələbinin güclü olaraq
qaldığını qeyd edərək əlavə ediblər ki, bu il ümumi neft istehlakının günlük təxminən
1.5 milyon barel artacağını gözləyirlər.
Ötən həftəyə 84.30$ həddindən başlayan "Brent” nefti, həftə ərzində 84.80$-a kimi
bahalaşsa da, daha sonra azalan tələb fonunda 80.90$-a kimi ucuzlaşdı. Lakin, bu
səviyyədən dəstək tapan OİLUK pariteti bir qədər bahalaşdı və həftəlik şamını
82.40$ həddində bağladı.
Cari həftə ərzində "Buğalar” qiyməti 85$-ın üzərinə yüksəldə və bu həddin üzərində
saxlaya bilsələr, artım tendensiyası davam edə bilər. Əksi təqdirdə, "Ayılar”ın diktəsartar və qiyməti 80$-a kimi ucuzlaşdıra bilsələr, eniş tendensiyası daha kəskin
xarakter ala bilər.
XAUUSD
Qızıl ötən həftənin bazar ertəsi günü yeni tarixi maksimum yaratdıqdan sonra,
ABŞ-da proqnozların üzərində açıqlanan inflyasiya göstəricilərinin FED-in faiz
dərəcələrini hələ uzun müddət yüksək saxlayacağı ehtimallarını gücləndirməsi
fonunda bu ilin ən böyük həftəlik enişini yaşadı.
Ötən həftəyə 2418$ səviyyəsindən başlayan və 2450$-a kimi bahalaşaraq tarixi
maksimumlarını yeniləyən qızıl, açıqlanan qlobal iqtisadi göstəricilərin təsiri ilə
sürətlə ucuzlaşdı və həftəlik şamını 2334$ səviyyəsində tamamladı. Ehtimal olunur
ki, "Ayılar” qiyməti 2300$ həddinin altına qaytara və orada saxlaya bilsələr, eniş
tendensiyası daha da dərinləşə bilər.
İnvestisiya ilə bağlı suallarınızı: *1234 telefon nömrəsi və ya www.investaz.az veb
saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.
"İNVEST-AZ İnvestisiya Şirkəti” QSC-nin
Tədris və Analiz Departamenti
"İNVEST-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan
Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli
087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex),
fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya
xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
_______________________
Risk bildirişi.
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə
həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və "İNVEST-AZ İnvestisiya
Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən
investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.

RƏYLƏR