7NEWS.az xəbər verir ki, bu barədə MDU-nun rektoru Anar Eminov öz sosial media hesabatındakı paylaşımında deyib: "Ankara şəhərinə səfərimiz çərçivəsində yerli və beynəlxalq reytinqlərdə yüksək mövqelərə malik, güclü elmi-tədqiqat infrastrukturu və qlobal akademik nüfuzu ilə seçilən ODTÜ ilə Anlaşma Memorandumu imzaladıq.
Əməkdaşlıq çərçivəsində:
Akademik heyətin qarşılıqlı mübadiləsi həyata keçiriləcək;
Bakalavriat və magistratura təhsil səviyyələri üzrə tələbə mübadiləsi tətbiq olunacaq (2025–2026-cı tədris ilindən etibarən);
Cari semestrdə 5 müəllim və 10 tələbə üçün "Data analitika”, "Kibertəhlükəsizlik”, "Süni intellekt”, "Elektrik və elektronika”, "İstilik energetikası” istiqamətləri üzrə sertifikasiya proqramlarının təşkilinə başlanılır;
Tezliklə ictimaiyyətə açıqlanacaq yeni birgə layihənin icrasının müzakirəsi;
Birgə elmi-tədqiqat layihələri və beynəlxalq elmi nəşrlər icra ediləcək;
Magistratura səviyyəsində təhsil alan tələbələrə ikili elmi rəhbər (Cari semestrdən başlanıldı);
Yeni tikilən MDU-nun kampusunda tədqiqat laboratoriyaların yaradılması;
Birgə beynəlxalq konfransların təşkili;
Akademik material və məlumat mübadiləsi, eləcə də qısamüddətli xüsusi təhsil və inkişaf proqramlarının təşkili.
Görüş zamanı rektor həmkarım Prof. Dr. Ahmet Yozgatlıgil ilə ali təhsilin gələcək çağırışları, qlobal akademik trendlər və universitetlərarası əməkdaşlığın yeni modelləri ətrafında geniş fikir mübadiləsi apardıq, ODTÜ-nün müasir tədqiqat infrastrukturu və akademik mühiti ilə yaxından tanış olduq. Qurulan əməkdaşlığa və göstərilən səmimi qəbula görə Prof. Dr. Ahmet Yozgatlıgil başda olmaqla ODTÜ kollektivinə təşəkkürümü bildirirəm.
Bu anlaşmanın Mingəçevir Dövlət Universitetində elmdə və tədqiqatda yeni mərhələnin əsasını qoyacağına, gənclərimiz üçün beynəlxalq akademik imkanları genişləndirəcəyinə və Azərbaycan–Türkiyə ali təhsil əlaqələrini daha da gücləndirəcəyinə inanırıq."





















