Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "İnnovasiyalar Mərkəzi”nin ASAN AI Hub platforması və "Apolitical" arasında əməkdaşlıq çərçivəsində həyata keçirilən süni intellekt (Sİ) üzrə ixtisaslaşmış təlimlər davam edir. Təlim proqramının məqsədi dövlət idarəçiliyində süni intellekt savadlılığını artırmaq və innovativ, məlumatlara əsaslanan yanaşmaların tətbiqini təşviq etməkdir. Proqram çərçivəsində Azərbaycanın dövlət sektorundan ilk 100 mütəxəssis süni intellekt üzrə ixtisaslaşmış yeddi kursu uğurla tamamlayaraq sertifikat əldə edib. Təlim çərçivəsində iştirakçılar dövlət qulluqçuları üçün süni intellektin əsasları, süni intellektin dövlət qurumlarına təsiri, Sİ liderliyi, prompt mühəndisliyi, səhiyyə sistemlərində Sİ tətbiqləri, Sİ əsaslı satınalma, süni intellekt və iqlim siyasəti kimi mövzuları əhatə edən tədris materialları ilə tanış olublar. Kurslar onlayn və öz tempində öyrənmə formatında təqdim olunur. Bu yanaşma dövlət qulluqçularına təlimi çevik şəkildə keçmək imkanı yaradır. Kursların məzmunu "Apolitical" tərəfindən dövlət qurumları və akademik ekspertlərlə əməkdaşlıq çərçivəsində hazırlanıb, o cümlədən SDA Bocconi School of Management-in iştirakı ilə. Təqdim olunan kurslardan biri dövlət qulluqçuları üçün "Süni intellektin əsasları” Stanford Universitetinin müəllimlərinin mühazirələrini və Stanford İnsan Mərkəzli Süni İntellekt İnstitutunun (HAI) təlimçiləri tərəfindən hazırlanmış tədris materiallarını əhatə edir. Proqrama 40-dan çox dövlət qurumunu təmsil edən mütəxəssislər iştirak üçün müraciət edib və bu günədək təlim platformasında 500-dən çox qeydiyyat həyata keçirilib. Kurslar ASAN AI Hub platformasında https://asanhub.ai/courses iştirakçılar üçün təqdim olunur. "Apolitical" dövlət qulluqçuları üçün dünyanın ən böyük onlayn şəbəkəsidir. 170-dən çox ölkədə 500 mindən artıq dövlət qulluqçusu bu platformadan istifadə edir. "Apolitical" dövlət qurumlarına daha effektiv və texnologiya yönümlü təşkilatlara çevrilmək üçün zəruri alətlər, biliklər və əlaqə imkanları təqdim edir. Bu əməkdaşlıq Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "İnnovasiyalar Mərkəzi" ilə "Apolitical" arasında 2 dekabr 2025-ci il tarixində imzalanmış Anlaşma Memorandumu əsasında həyata keçirilir.
Ana səhifə
/
Özəl / SOSİAL / ASAN AI Hub platformasında dövlət sektorunun ilk 100 nümayəndəsi süni intellekt üzrə təlimi başa vurub
RƏYLƏR
DİGƏR XƏBƏRLƏR
-
-
Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək
21.09.2026, 13:07 / Özəl, SOSİAL -
20 Sentyabr: Azərbaycanın dövlət suverenliyinin tam bərpasını təmin edən tarixi dönüş
20.09.2026, 13:29 / Özəl, SOSİAL -
“ASAN xidmət”də Milli Musiqi Günü xüsusi qeyd olunub
18.09.2026, 12:46 / Özəl, SOSİAL -
İsmayıllı rayon prokurorluğunda “Açıq Qapı” günü keçirilib
18.09.2026, 12:06 / Özəl, SOSİAL -
20 sentyabr – Dövlət Suverenliyi Günüdür
18.09.2026, 10:04 / Özəl, SOSİAL, SİYASƏT -
Avtovağzal metrosuna 3 dəqiqəlik məsafədə mənzillər: Biləcəridə hansı seçimlər var?
16.09.2026, 16:30 / GÜNDƏM, Özəl, SOSİAL -
Təqvim sizi aldatmasın - Hazırda 2076-dır!
14.09.2026, 13:46 / Özəl, SOSİAL
Xəbər lenti
KÖŞƏ
ƏN ÇOX OXUNANLAR
-
Səhiyyə, İQTİSADİYYAT 2021-ci ildə "Azər-Türk Med"də aparılan plastik əməliyyatla bağlı cinayət işi başlanacaq
-
SOSİAL MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİNDƏN REKORD GÖSTƏRİCİ: 98,10% QƏBUL VƏ 1717 BAKALAVR TƏHSİL SƏVİYYƏSİ ÜZRƏ TƏLƏBƏ QƏBULU !
-
SOSİAL Yaşlı valideyniniz var? Onu yıxılmadan qorumaq üçün bu gün hərəkətə keçin!






















