49 yaşlı əməkdar artistdən yeni şeir: Burnum axır, köhnə çaxır... - FOTO

OXUNUB: 683 ŞOU-BİZNES
Eməkdar artist Elza Seyidcahan yeni şeirini paylaşıb. 

Müğənni son şeirini Instagram hesabında paylaşıb. 

Elza Seyidcahanın yeni şeirini təqdim edirik: /big

Qazanım daşdı 
kəfini yedim.
Qapağın açdım
üzünü yedim. 
Yedim, yedim 
dibini yedim. 
Qazıb, qazıb 
deşdim dibini 
qazanın. 
Kəfkirim azıb 
dibi deşik qazandan 
çıxdı havaya, 
mən də baxdım 
kəfkirdən
deşik-deşik dünyaya. 
Qonaq olduq 
həsrətini çəkdiyim
röyaya. 
Buzlanmış
şaxtadan beynim 
isti şorbayadır meylim. 
Köhnə saat kəfkiri 
çalırdı tamam. 
Təzə dərdin yaşları 
burnumdan daman.
Günahları içimdə 
mən boğan adam. 
Köhnə saat kəfkiri
vur, vur
vur əqrəbi
çalsın, çalsın. 
Saniyələr səs salsın 
burnum axır
fürsət baxır, 
köhnə çaxır
vaxt yetişir 
kəfkir vurur tamamı,
əqrəb çalır zamanı 
səs düşəndə axanı
çəkin, udun, 
silin, atın, 
burnunuzdan pisləri 
Köhnə saat kəfkiri
görür hissləri, 
örtür bizləri
 
 
İcmal.Az

RƏYLƏR