99-YP-363 nömrəli Yol Polisi Nahid Bağırov sürücüləri BEZDİRİB: Nahid Rəşid Piriyevə ''AYLIQ'' çatdırır?

OXUNUB: 1138 GÜNDƏM
Yol polislərinin qadın sürücü xobbisi... 

Deputatın  "dana”  söhbəti 
 


Mövzu  Dövlət Avtomobil Müfəttişliyi  ( DAM ), yaxud  Dövlət Yol Polisi ilə  ilə bağlı olanda  həmişə yadıma iki məqam düşür. 
Bir dəfə 90-cı illərin ortalarında  rəhmətlik Ulu Öndər Heydər Əliyev çox qəzəbli şəkildə  QAİ işçilərinə  dedi ki, bəsdirin...
Heydər Əliyev qədər  təmkinli, ağır təbiətli şəxsiyyəti  QAİ məsələsi öz təbii məcrasından çıxarmışdı...
QAİ məsələsi  təkcə bizim problem deyil e..dünyada var. 
Gürcüstanda Mixail Saakaşvili bu məsələni özünəməxsus həll etmişdi... və Qordi düyününü birdəfəlik kəsmişdi. 
Bir dəfə isə   deputat Eldar İbrahimov  Milli Məclisin tribunasından onu, yəni deputatın  "knişkası”nı  tanımayan və hörmətsizlik edən serjant haqqında "dana” sözü işlətmişdi.
Yəni bütün bunlar barədə  mediada çox yazılıb.
Düzdür, sonra Eldar İbrahimov dedi ki, mən polisə hörmətlə yanaşıram, dediyim ifadə isə polisə yox, konkret olaraq həmin şəxsin özünə aiddir. 
Müdriklər isə deyib, bir dana bir naxırı  batırar...
Ümumiyyətlə, bu məsələ sivil dünyada çoxdan öz həllini tapıb. 
Bir-iki nümunə  deyək. 
RADAR  nəyə  lazımdır ? 
Onun əvəzinə qışda, yayda orada polis patrulu dayanırdı də. 
Birincisi, ağıllı dünya anladı ki, hər insana maaş vermək əvəzinə ağıllı texnologiya lazımdır. Hər patrula maaş verməyə nə ehtiyac. 
İkincisi, patrulla vətəndaş arasında "bazarlıq” ola bilər. Amma robotla  nə bazarlıq ? 
Bizdə isə  yolların  kənarı doludur patrulla. 
Biz demirik olmasın, amma bunlara bir başa salan olsun ki, sürücü ilə NƏZAKƏTLƏ, MƏDƏNİ davranmaq lazımdır. 
Bir məsələni xüsusilə qeyd edək ki, konkret olaraq bu ixtisas üzrə kollec təhsili olan insanlar qalıb qıraqda, Yol Polisinə elə adamlar işə qəbul edilir ki, ümumiyyətlə, təhsili yoxdur. 
Özü sərxoş  vəziyyətdə  sürücünü saxlayır, "ağzını iyləyir”. Absurddur ee. 
Əziz həmvətənlər ! Bizim yol polisinə qarşı zərrə qədər pis niyyətimiz yox. Amma biz bir cəmiyyət olaraq  düşünməliyik ki, bu problemləri necə yoluna qoyaq. 
Neçə illərdir ki, bu qurumun sözçüsü olaraq Vaqif Əsədovu tanıyırıq. Hansı məsələ ilə bağlı soruşursan, deyir ki, vallah mənlik deyil...
Belə dövlət qurumu olmaz. Bizim də məqsədimiz odur ki, bu problemi aradan qaldıraq. Başqa niyyətimiz yoxdur. 
 Bakı Şəhər Dövlət Yol Polis  İdarəsinin ( BŞDYP )  əməkdaşı olan 99-YP-363 nömrəli, 1676 nömrəli döş nişanı olan Nahid Bağırov  özünü çox kobud aparır.   Ona dəfələrlə bidirilsə də rəisiniz, yəni BŞDYP-nin rəisi, cənab Rəşid Piriyevə hörmətimiz var.  Rəşid müəllim Qarabağ qazisidir, böyük döyüş yolu keçib və s. 
Nahid Bağırov isə  bizə bildirib ki, bizim rəisimiz Nuşirəvan müəllim olub, Rəşid kimdir, Rəşid kabinetdən bayıra çıxır ki..
Nahid Bağırova bildirmişik ki, Rəşid Piriyev sizin ağsaqqalınızdır, hörmətlə danışın. 
Qeydə alınığını görən, Nahid  Bağırov tez sözünü dəyişərək əks fikirlər söyləyib və Rəşid müəllimi tərifləyib. 
Ancaq topladığımız məlumatlardan bəlli olub ki, Nahidin şəhid və veteranlara qarşı kompleksi və aqressiyasi var. Onlara rast olan kimi ancaq  həbs etmək istəyir. Qazilərə qarşı aqressiv olan Nahidin xobbisi sürücü  qızlardır.
Nahid özü sürücülərə deyir ki, biz Rəşid müəllimə aylıq verməliyik. 
Müşahidə etdiyimiz digər yol polis işçisi isə 99-YP-349 nömrəli, 0280 nömrəli döş nişanlı şəxsdir. Adını elə sürətlə deyir ki, heç kim başa düşməsin. 
O da həmkarı kimi sürücüləri saxlayıb Rəşid Piriyevin adından yığımla məşğuldur./gundelik-baku

RƏYLƏR