Ağ Ev İrandakı hadisələri “xalq üsyanı” adlandırıb

OXUNUB: 542 DÜNYA

Ağ Evin mətbuat katibi Sara Sanders İrandakı etirazları  "xalq üsyanı” adlandırıb.

 S.Sanders Vaşinqtonun İran xalqını dəstəklədiyini bildirərək, rəsmi Tehranı fundamental insan haqlarına hörmətlə yanaşmağa çağırıb.

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Xeyli bundan əvvəl Vaşinqtonun BMT TŞ-in təcili iclasını çağırmaq niyyətində olduğunu bildirib.

Qeyd edək ki, İranda dekabrın 28-dən davam edən kütləvi etirazlar zamanı 450-dək insanın saxlandığı, 20-dək şəxsin öldüyü bildirilir./oxu

İcmal.Az

RƏYLƏR