AAYDA-nın mühasibi Müseyib Həmzəyevlə bağlı iddia: "Özünü "şeyx övladı" kimi aparır

OXUNUB: 581 İQTİSADİYYAT HADİSƏ
2006-2015-ci ilədək Dövlət Dəmir Yolları İdrəsinin mühasibi olmuş, hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Baş Maliyyə İdarəsinin rəisi Müseyib Həmzəyevin dövlət büdcəsini taladığı barədə məlumatlar yayılıb.


Doqquz il Dövlət Dəmir Yolları İdrəsinin mühasibi vəzifəsində çalışan Müseyib Həmzəyevin indi də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyini (AAYDA) taladığı deyilir.


Qeyd olunur ki, 2006-2015-ci illər ərzində dövlət büdcəsindən dəmir yolu təsərrüfatına ayrılan 800 milyon manat Müseyib Həmzəyevin korrupsiya "sxem"i əsasında İdarənin Yükdaşıma, Sərnişindşıma Depertamentlərində, Vaqon Təmiri Depertamenti "əridilib".


Məlumatda Müseyib Həmzəyevin korrupsiya "sxem"indən ən çox talanma siyasətinin Yükdaşıma Departamentində həyata keçirildiyi deyilir. Belə ki, burada hər bir vaqon üçün bir sahibkardan tələb olunan 1500 manatın 300 manatının rəsmiləşdirildiyi - dövlət büdcəsinə ödənildiyi deyilir.
 
Maraqlıdır ki, C.Qurbanov ADY-yə rəhbər təyin edildikdən sonra ilk çıxışı zamanı İdarədə ciddi korrupsiya faktının olduğunu dedi. Qısa zamandan sonra isə M.Həmzəyevlə xidmət rəisi Elşən Məmmədov vəzifədən uzaqlaşdırıldılar.
 
Məlumatda daha sonra özünü "şeyx övladı" kimi təqdim etdiyi deyilən M.Həmzəyevin "karyera yükslişi"ndən də bəhs olunur. 


Belə ki, M. Həmzəyevin uzun illər "çiyin-çiyinə" "çalışdığı", birlikdə milyonlar qazandığı xidmət rəisi E.Məmmədovu "baqaja” qoyaraq çoxdan arzusunda olduğu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Maliyyə İdarəsinin rəisi vəzifəsinə təyin olunduğu deyilir.


M.Həmzəyevin dövlət idarələrində işlədiyi son 12 il ərzində aldığı 500-600 manat əməkaqqı ilə dövlət qeydiyyat nişanı 20.000 manata olan "10 VV 200" nömrəli və dəyəri 320.000 manatlıq son model "S klass MERCEDES" markalı bir neçə şəxsi avtomobillərə, həmçinin Novxanıda yerləşən və dəyəri 3 milyon manat olan "RESTTİME NOVXANI” otelinə sahib olduğu deyilir. 


Qeyd edək ki, yayılan məlumata adıçəkilən qurumlar və şəxslər tərəfindən heç bir münasibət bildirilməyib./Gundelikxeber

RƏYLƏR