Sabiq deputatın avtomobil zavodu gömrük qanunvericiliyini pozdu

OXUNUB: 176 İQTİSADİYYAT HADİSƏ
"Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi barəsində gömrük qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib edilib.

Bu protokol İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinin pozulmasına görə yazılıb.

Protokol Gəncə Şəhər Məhkəməsinə göndərilib. İş əvvəlcə hakim Orxan Cəfərlinin icraatına verilsə də, sonradan baxılması hakim Asif Əliyevə həvalə olunub. Baxış iclası 16.08.2022-ci ilə təyin edilib. 

İXM-in 485.2-ci maddasinə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə - vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

Qeyd edək ki, "Gəncə avtomobil zavodu” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri sabiq deputat Xanlar Fətiyevdir. Zavodun qanuni təmsilçisi Bağban Nəbiyev Qoca oğludur.

RƏYLƏR