“ABC-Telecom” müştərilərini kütləvi şəkildə məhkəməyə verdi

OXUNUB: 323 İQTİSADİYYAT
"ABC-Telecom” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) müştərilərini kütləvi şəkildə məhkəməyə verib. 
 10 mart tarixində "ABC-Telecom” MMC mağazalarından kreditlə məhsul götürmüş müştərilərinin ödənişlərində yaranmış gecikmələrə görə 40-a ayxın şəxslə bağlı Gəncə Şəhər Məhkəməsinə müraciət edib. 

MMC kredit götürmüş müştərilərindən pulları ödəməyi tələb edir.

Apardığımız araşdırma zamanı bəlli olub ki, "ABC-Telecom”un mağazaları iş yeri olmadan tək şəxsiyyət vəsiqəsilə kredit verdiyi müştərilərinin əksəriyyətində bu problem yaranıb. 

Qeyd edək ki, "ABC-Telecom”mağazalar şəbəkəsinin baş direktoru Həsən İsrafilzadədir./Qaynarinfo

RƏYLƏR