ABŞ-da heyvanlara qarşı allergiyası olan qadın sərnişini zorla təyyarədən endiriblər - VİDEO

OXUNUB: 739 DÜNYA

ABŞ-da itə qarşı allergiyası olan qadın sərnişini zorla təyyarədən endiriblər.

Hadisə "Southwest Airlines"ə məxsus, Baltimordan Los Ancelesə uçan təyyarədə baş verib.

Təyyarənin göyərtəsində iki it olub. Sərnişinlərdən biri bildirib ki, onda canlılara qarşı təhlükəli allergiya var, lakin o, tibbi arayış göstərə bilməyib. Ekipaj bildirib ki, bununla əlaqədar onu təyyarədən endirəcəklər.

Qadın əsəbləşməyə başlayıb və polis çağırılıb. İki polis əməkdaşı onu zorla salondan çıxarıblar.

Daha sonra aviaşirkət hadisə ilə bağlı sərnişinlərdən üzr istəyib./report

 
 
 
İcmal.Az

RƏYLƏR